ABŞ-ın Azərbaycandakı səfiri Müsavat Partiyasının başqanı ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Müsavat Partiyasının başqanı ilə görüşüb "Görüş səfir Sekutanın təşəbbüsü ilə baş tutub"
Daxili siyasət
9 İyun , 2015 15:57
ABŞ-ın Azərbaycandakı səfiri Müsavat Partiyasının başqanı ilə görüşüb

Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşüb. Görüşdə partiya başqanının müavini Səxavət Soltanlı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da iştirak edib.

S.Soltanlı "Report"a açıqlamasında bildirib ki, görüş səfir R.Sekutanın təşəbbüsü ilə baş tutub.

Müsavat başqanının müavini deyib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi