Bakı. 20 may. REPORT.AZ/ "Təklif edirik ki, yanğına qarşı tədbirlər çərçivəsində şəhərdə bu qəbildən olan binaların fasad işıqlandırılması dayandırılsın".
“Report” xəbər verir ki, bunu Bakıda yaşayış binasında baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan prezidenti
"Cənab Prezident, dünən verdiyiniz tapşırığa uyğun olaraq komissiya hadisə yerində araşdırma aparıb. İlk növbədə, insanların yerləşdirilməsi ilə məşğul olduq. Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti ilə birlikdə dünən gün ərzində bu məsələni həll etdik. Hamı yerləşdirilib. Əlavə olaraq Sərhəd Qoşunlarından 10 üçotaqlı mənzil ehtiyatımız var. Həmçinin
O bildirib ki, dünyasını dəyişən insanların dəfn məsələsi ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən yerlərdə qərargahlar yaradılıb, lazımi tədbirlər görülüb. Onun sözlərinə görə, rəhmətə gedənlərin nəşi yaxınlarının və doğmalarının istədikləri məzarlıqlarda dəfn edilib və bütün xərclər dövlət hesabına çəkilir.
"Xəstəxanalarda müalicə alanlar Səhiyyə Nazirliyinin ciddi nəzarəti altındadır. Səhiyyə Nazirliyinin rəhbər işçilərindən müalicə ocaqlarında növbələr təşkil edilib ki, heç bir problem yaranmasın.
Komissiya iki gün ərzində binanın durumu ilə əlaqədar araşdırma aparacaq və dəqiq nəticələr barədə sizə məruzə edəcəyik ki, gələcəkdə nə etmək olar.
Eyni zamanda, cənab prezident, təklif edirik ki, yanğına qarşı tədbirlər çərçivəsində şəhərdə bu qəbildən olan binaların fasad işıqlandırılması dayandırılsın. Siz dediniz ki, şəhərdə 200-dən çox bu cür bina var. Biz sizin tapşırığınıza uyğun olaraq dəqiqləşdirməliyik ki, bu binaların ən təhlükəliləri hansılardır. Təklif edirəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin, “Azərişıq” Səhmdar Cəmiyyətinin və digər əlaqədar qurumların mütəxəssisləri ilə birlikdə evin sahiblərinin iştirakı ilə binalarda yoxlamalar aparaq. Əgər razılıq olarsa, binaların fasadlarının üzlüyünü Avropa Oyunlarına qədər sökməyə başlamayaq. Yəni, araşdırma aparaq, vəziyyəti öyrənək ki, nə etməliyik?!
Söhbət çoxmərtəbəli binaların fasad üzlüklərinin 20-25 gün ərzində sökülüb bərpa edilməsindən gedir. Əlbəttə, siz necə desəniz o cür də edəcəyik", - deyə Abid Şərifov qeyd edib.