"ABAD"ın rəhbəri: İllik təxminən 600 min dollarlıq əl işlərinin satışını həyata keçiririk

"ABAD"ın rəhbəri: İllik təxminən 600 min dollarlıq əl işlərinin satışını həyata keçiririk "İllik təxminən 600 min ABŞ dolları dəyərində əl işi kateqoriyasından olan malların satışını həyata keçiririk".
Daxili siyasət
17 noyabr 2023 15:33
ABADın rəhbəri: İllik təxminən 600 min dollarlıq əl işlərinin satışını həyata keçiririk

"İllik təxminən 600 min ABŞ dolları dəyərində əl işi kateqoriyasından olan malların satışını həyata keçiririk".

"Report" xəbər verir ki, bunu "ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev Yaponiya Səfirliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə deyib.

R.Elçiyev daha sonra tədbirin mahiyyətindən söz açaraq bildirib ki, bu, Yaponiya səfirliyi ilə birgə çox sıx şəkildə maraqlı işlər həyata keçirilir, müxtəlif layihələr icra olunur:

"Bizim əməkdaşların peşə biliklərini artırmaq üçün Yaponiyaya səfərlər təşkil edilir. Tədbirin əsas məqsədi iki xalq arasında mədəni əlaqələri gücləndirməkdir. Bizim məqsədimiz, ümumiyyətlə, sənətkarlığı inkişaf etdirməkdir. Çünki gənclər daha çox gəlirli sahələrə maraq göstərirlər və əgər əl işi gəlirli sahə olmasa, onlar bu sahəyə maraq göstərməyəcək və bu sənət tarixə qovuşacaq. Ona görə də əl işi sənayesinə marağın artırılması ABAD-ın əsas hədəflərindəndir".

Son xəbərlər

Orphus sistemi