Yuxarı
    Bağlamaq

    ​90 saylı Ağdaş dairə seçki komissiyası Milli Məclisə təkrar seçkilərin protokolunu MSK-ya təqdim edib

    MSK Milli Məclisə təkrar seçkilərin nəticələrini yoxlayıb və yekun vuracaq

    Bakı. 20 iyun. REPORT.AZ/ 90 saylı Ağdaş dairə seçki komissiyası Milli Məclisə təkrar seçkilərin protokolunu Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

    Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

    O bildirib ki, MSK Milli Məclisə təkrar seçkilərin nəticələrini yoxlayıb və yekun vuracaq: "Qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası 20 gün müddətində təkrar seçkilərin nəticələrinə dair protolokolu yoxlayıb və yekun vurduqdan sonra Konstitusiya Məhkəməsinə təqdim etməlidir. MSK-ya seçki prosesi ilə bağlı şikayət xarakterli müraciət daxil olmazsa, MSK 90 saylı Ağdaş seçki dairəsinin protokolunu Konstitusiya Məhkəməsinə yaxın vaxtlarda təqdim edə bilər".

    Qeyd edək ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib. İlkin nəticəyə görə, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri YAP-ın namizədi Cavid Osmanova səs verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi