8 yaşlı Zəminədən Prezidentə: “Sizdən yeni-yeni yaxşı xəbərlər gözləyirik”

8 yaşlı Zəminədən Prezidentə: “Sizdən yeni-yeni yaxşı xəbərlər gözləyirik” Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərində qazandığı layiqli qələbələr xalqımızda ruh yüksəkliyi yaradır, insanlarımızın Ordumuza olan inamını bir daha artırır.
Daxili siyasət
4 Noyabr , 2020 13:11
8 yaşlı Zəminədən Prezidentə: “Sizdən yeni-yeni yaxşı xəbərlər gözləyirik”
Zəminə Ağacanlı

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərində qazandığı layiqli qələbələr xalqımızda ruh yüksəkliyi yaradır, insanlarımızın Ordumuza olan inamını bir daha artırır. Təsadüfi deyil ki, istənilən yaş kateqoriyasından olan vətəndaşlarımız müxtəlif videoçarxlar, yazılar və şüarlar vasitəsilə hərbçilərimizə dəstəyini nümayiş etdirir. Vətən sevgisi təkcə gənc və yaşlılarımızda deyil, məktəb şagirdlərində də özünü aydın şəkildə büruzə verir. Belə məktəblilərdən biri də 8 yaşlı Zəminə Ağacanlıdır.

Zəminə Bakı şəhərində 55 saylı tam orta mektebde oxuyur. Uşaq yaşlarından vətənpərvər ruhda böyüyən Zəminə indi də hazırladığı videoçarxlar vasitəsilə əsgərlərimizə dəstəyini ifadə edir. O, bu yaxınlarda Ali Baş Komandan İlham Əliyevə məktub da yazıb:

“Mən Ağacanlı Zəminə Vüqar qızı Bakı şəhəri, Xətai rayon 55 saylı tam orta məktəbin 3-cü sinif şagirdiyəm. Hər gün televiziyadan Sizi izləyirəm. Sizin verdiyiniz hər bir şad xəbər məni və ailəmi çox sevindirir. Ali Baş Komandan, Sizi çox istəyirəm. Yaxşı ki, Siz Azərbaycanın Prezidentisiz. Sizin sayənizdə bizim güclü ordumuz var. Biz Sizə çox arxalanırıq. İnanırıq ki, torpaqlarımızın hamısını geri qaytaracaqsınız. Döyüşdə olan əsgərlərimizi də, Sizi də Allah qorusun. İnşallah tezliklə öz torpaqlarımızın hamısına qayıdacağıq. Sizdən yeni-yeni yaxşı xəbərlər gözləyirik. Bizi tez-tez sevindirin. Bir daha özümün və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Son xəbərlər

Orphus sistemi