Bakı. 1 aprel. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasına (MSK) 2015-ci il üzrə maliyyə hesabatını dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 51-i təqdim edib.
Bu barədə "Report"a MSK sədrinin müavini Natiq Məmmədli məlumat verib.
O, digər 4 siyasi partiyanın da hesabatlarını təqdim edəcəklərini gözlədiyini deyib: "2014-cü il üzrə maliyyə hesabatını təqdim etməyən 4 partiyadan 2-si hesabat verib. Bu il üzrə də 4 siyasi partiya hesabat verməyib. Yəqin ki, onlar da hesabatlarını təqdim edəcəklər".