Azərbaycanda daha 3 partiya qeydiyyata alındı - SİYAHI

Azərbaycanda daha 3 partiya qeydiyyata alındı - SİYAHI
Daxili siyasət
2242
30 İyun , 2020 17:19
Azərbaycanda daha 3 partiya qeydiyyata alındı - SİYAHI
Ədliyyə Nazirliyi / Report

Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür, o cümlədən son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) Nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. 

Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.