3 saylı istintaq təcridxanasında yaradılmış məntəqədə 700 nəfər səs verib

3 saylı istintaq təcridxanasında yaradılmış məntəqədə 700 nəfər səs verib Bakı. 11 aprel. REPORT.AZ/ Prezident seçkiləri ilə əlaqədar olaraq, Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeliyində olan 3 saylı istintaq təcridxanasında yaradılmış 14 saylı Xəzər seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.
Daxili siyasət
11 Aprel , 2018 14:58
3 saylı istintaq təcridxanasında yaradılmış məntəqədə 700 nəfər səs verib
Report

Bakı. 11 aprel. REPORT.AZ/ Prezident seçkiləri ilə əlaqədar olaraq, Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeliyində olan 3 saylı istintaq təcridxanasında yaradılmış 14 saylı Xəzər seçki dairəsinin 40 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.

Məntəqə rəisi Şaddin Mustafayevin "Report"a verdiyi məlumata görə, 1000 nəfər səsvermə hüququna malik şəxsdən hələlik 700-ü səs verib: "Seçki tam şəffaf keçir. Heç bir narazılıq yoxdur. Proses Seçki Məcəlləsinə uyğun gedir".

Məhbuslar da səsvermə üçün yüksək səviyyədə şərait yaradıldığını və seçkilərin şəffaf keçdiyini bildiriblər.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi