25 nəfər ədliyyə orqanlarından xaric edilib, 12-si işdən çıxarılıb

25 nəfər ədliyyə orqanlarından xaric edilib, 12-si işdən çıxarılıb Cari ilin 6 ayı ərzində 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub, 70 işçinin rotasiyası aparılıb
Daxili siyasət
18 Avqust , 2020 19:05
25 nəfər ədliyyə orqanlarından xaric edilib, 12-si işdən çıxarılıb

Cari ilin 6 ayı ərzində 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub, 70 işçinin rotasiyası aparılıb 

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova sosial şəbəkələrdə məlumat verib.

O bildirib ki, son dövrdə fəaliyyətində pozuntulara və ciddi nöqsanlara yol verən 400 ədliyyə işçisi, o cümlədən 40 icra xidməti əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Cəza almışlardan 25 nəfəri ədliyyə orqanlarından xaric olunub, 12-si məsul vəzifəsindən azad edilib. Hətta 5-i barədə materiallar istintaqa göndərilib.

16 nəfər ədliyyə işçisi xüsusi karantin rejimi tələblərini pozduqlarına görə cəzalanıb.

Son xəbərlər

Orphus sistemi