“Report”un xəbərinə görə, bu məntəqənin seçici siyahısında 1469 nəfərin adı var.
Seçki məntəqəsində səsvermə başlayandan təqribən 15 nəfər səs verib.
Bu məntəqədə qeydiyyatdan çıxan olmayıb.
Seçki prosesini 4 xarici müşahidəçi və yerli müşahidəçi izləyirlər.
Xatırladaq ki, məntəqə 23 saylı tam orta məktəbin binasında yerləşir.