Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib

Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 30 noyabr tarixində 23 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. Geri q
Daxili siyasət
1 Dekabr , 2022 10:18
Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib

Noyabrın 30-da Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilən geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalarla baş tutub.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Son xəbərlər

Orphus sistemi