22 saylı seçki məntəqəsində 1372 seçici qeydiyyata alınıb

22 saylı seçki məntəqəsində 1372 seçici qeydiyyata alınıb 700 nəfərə yaxın seçicinin səs verməsi proqnozlaşdırılıb
Daxili siyasət
23 Dekabr , 2014 16:56
22 saylı seçki məntəqəsində 1372 seçici qeydiyyata alınıb

Bakı. 23 dekabr. REPORT.AZ/ "23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının (DSK) 22 saylı seçki məntəqəsində bələdiyyə seçkiləri şəffaf keçir". Bunu "Report"a açıqlamasında 22 saylı seçki məntəqəsinin sədri Könül Həsənova bildirib. 

"22 saylı seçki məntəqəsində 1372 seçici qeydiyyata alınıb. Məntəqəmizdə 15 nəfər müşahidəçi qeydiyyatdan keçib və həmin müşahidəçilər müxtəlif siyasi partiyalardan olan müşahidəçilərdir", - o deyib.

Seçki məntəqəsinin sədri qeyd edib ki, günün sonuna qədər 700 nəfərə yaxın seçicinin səs verməsi proqnozlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi