Azərbaycanda 3 məhkəmə binası istifadəyə veriləcək

Azərbaycanda 3 məhkəmə binası istifadəyə veriləcək Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda 2023-cü ilədək 3 məhkəmə binası istifadəyə veriləcək.
Daxili siyasət
19 Dekabr , 2018 16:12
Azərbaycanda 3 məhkəmə binası istifadəyə veriləcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda 2023-cü ilədək 3 məhkəmə binası istifadəyə veriləcək.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqramda 2019-2023-cü illər ərzində Sumqayıt Məhkəmə Kompleksinin və Masallı Rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında isə yenidənqurma işlərinin başa çatdırılması nəzərdə tutulur.

İşin icrası Ədliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Son xəbərlər

Orphus sistemi