2022-ci ildə prokurorluq orqanlarından 2 nəfər xaric edilib, 12 nəfər intizam məsuliyyətinə cəlb edilib.
"Report" xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda Əməliyyat müşavirəsində bildirilib.
Müşavirədə 2022-ci il ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 12 nəfərin intizam məsuliyyətinə cəlb edilməsi, onlardan 2 nəfərin prokurorluq orqanlarından xaric edilərək, 2 nəfərin tutduğu vəzifədən azad olunması xüsusi vurğulanmaqla xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi tələb edilib.