Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanunu imzalayıb.
"Report" xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası gəlirlər 24 218 061,7 min manat, xərclər 24 425 914,0 min manat məbləğində olmaqla təsdiq edilsin.
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icra olunmuş gəlirləri və xərcləri aşağıdakı kimi qəbul edilib:
Sıra №-si |
Göstəricilər |
Məbləğ (manatla) |
1. |
Gəlirlər |
24 218 061 691 |
1.1. |
Fiziki şəxslərin gəlir vergisi |
952 121 218 |
1.2. |
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi |
2 545 987 926 |
1.3. |
Hüquqi şəxslərin torpaq vergisi |
50 026 792 |
1.4. |
Hüquqi şəxslərin əmlak vergisi |
212 613 736 |
1.5. |
Əlavə dəyər vergisi |
5 185 064 027 |
1.5.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi |
3 004 081 998 |
1.6. |
Sadələşdirilmiş vergi |
358 576 105 |
1.7. |
Aksizlər |
854 736 821 |
1.7.1. |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər |
249 632 599 |
1.8. |
Yol vergisi |
118 905 380 |
1.8.1. |
Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi |
45 431 630 |
1.9. |
Mədən vergisi |
133 787 015 |
1.10. |
Gömrük rüsumları |
1 109 478 581 |
1.11. |
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar |
232 611 795 |
1.12. |
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar |
52 324 285 |
1.13. |
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər |
869 000 |
1.14. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfert) |
11 364 300 000 |
1.15. |
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar |
11 440 288 |
1.16. |
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar |
8 433 804 |
1.17. |
Dövlət rüsumu |
191 297 431 |
1.18. |
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar |
578 879 795 |
1.19. |
Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar |
127 270 186 |
1.20. |
Sair daxilolmalar |
129 337 506 |
2. |
Xərclər |
24 425 913 957 |
2.1. |
Ümumi dövlət xidmətləri |
2 985 647 754 |
2.1.1. |
qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri |
774 460 965 |
2.1.2. |
beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlükhaqqı xərcləri |
169 718 795 |
2.1.3. |
elm xərcləri |
122 289 584 |
2.1.4. |
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri |
88 355 950 |
2.1.5. |
dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər |
1 524 774 509 |
2.1.6. |
yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya |
4 687 951 |
2.1.7. |
yerli büdcələrə (bələdiyyələrə) verilənsubvensiya |
1 000 000 |
2.1.8. |
Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləndotasiya |
300 360 000 |
2.2. |
Müdafiə |
3 162 481 029 |
2.2.1. |
müdafiə qüvvələri |
1 467 130 104 |
2.2.2. |
milli təhlükəsizlik |
159 934 807 |
2.2.3. |
müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar |
2 779 243 |
2.2.4. |
digər kateqoriyalara aid edilməyən xərclər |
1 532 636 875 |
2.3. |
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq |
1 505 054 399 |
2.3.1. |
məhkəmə hakimiyyəti |
63 806 121 |
2.3.2. |
hüquq-mühafizə |
1 151 217 501 |
2.3.3. |
Prokurorluq |
63 921 809 |
2.3.4. |
digər kateqoriyalara aid edilməyən xidmətlər |
226 108 968 |
2.4. |
Təhsil |
2 195 706 063 |
2.4.1. |
məktəbəqədər təhsil |
214 943 567 |
2.4.2. |
ümumi təhsil |
1 264 259 282 |
2.4.3. |
peşə təhsili |
32 270 122 |
2.4.4. |
orta ixtisas təhsili |
42 268 408 |
2.4.5. |
ali təhsil |
231 556 711 |
2.4.6. |
əlavə təhsil |
1 713 969 |
2.4.7. |
təhsil sahəsində digər müəssisə və tədbirlər |
408 694 004 |
2.5. |
Səhiyyə |
873 633 385 |
2.5.1. |
poliklinikalar və ambulatoriyalar |
115 230 200 |
2.5.2. |
xəstəxanalar |
363 928 740 |
2.5.3. |
səhiyyə sahəsində digər xidmətlər |
6 623 774 |
2.5.4. |
səhiyyə sahəsində tətbiqi tədqiqatlar |
7 872 820 |
2.5.5. |
səhiyyə sahəsinə aid edilən digər xidmətlər |
379 977 851 |
2.6. |
Sosial müdafiə və sosial təminat |
2 281 031 227 |
2.6.1. |
sosial müdafiə xərcləri |
2 243 074 522 |
2.6.1.1. |
sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait |
1 182 732 410 |
2.6.2. |
sosial təminat xərcləri |
37 932 950 |
2.6.3. |
sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar |
23 755 |
2.7. |
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət |
335 770 044 |
2.7.1. |
mədəniyyət və incəsənət sahəsində fəaliyyət |
139 795 053 |
2.7.2. |
radio, televiziya və nəşriyyat |
60 609 224 |
2.7.3. |
bədən tərbiyəsi, gənclər siyasəti və turizm |
66 613 776 |
2.7.4. |
digər kateqoriyalara aid edilməyən fəaliyyət |
68 751 991 |
2.8. |
Mənzil və kommunal təsərrüfatı |
334 392 734 |
2.8.1. |
mənzil təsərrüfatı |
49 351 598 |
2.8.2. |
kommunal təsərrüfatı |
258 282 950 |
2.8.3. |
su təsərrüfatı |
4 559 470 |
2.8.4. |
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər |
22 198 716 |
2.9. |
Yanacaq və enerji |
7 794 557 |
2.9.1. |
enerji kompleksi |
6 294 557 |
2.9.2. |
yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar |
1 500 000 |
2.10. |
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi |
857 628 233 |
2.10.1. |
kənd təsərrüfatı |
823 732 629 |
2.10.2. |
meşə təsərrüfatı |
10 793 004 |
2.10.3. |
balıqçılıq və ovçuluq |
1 757 722 |
2.10.4. |
ətraf mühitin mühafizəsi |
14 042 459 |
2.10.5. |
hidrometeorologiya tədbirləri |
7 302 419 |
2.11. |
Sənaye, tikinti və faydalı qazıntılar |
6 213 995 420 |
2.11.1. |
Tikinti |
6 200 833 066 |
2.11.1.1. |
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) |
6 199 424 630 |
2.11.2. |
faydalı qazıntılar |
10 546 174 |
2.11.3. |
geodeziya və xəritəçəkmə |
2 616 180 |
2.12. |
Nəqliyyat və rabitə |
175 058 870 |
2.12.1. |
nəqliyyat |
124 572 265 |
2.12.2. |
rabitə |
50 486 605 |
2.13. |
İqtisadi fəaliyyət |
372 606 588 |
2.13.1. |
iqtisadi və kommersiya fəaliyyəti |
190 386 210 |
2.13.1.1. |
sahibkarlığa dəstək |
48 386 210 |
2.13.1.2. |
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri |
142 000 000 |
2.13.2. |
iqtisadi fəaliyyətin digər sahələri |
182 220 378 |
2.14. |
Əsas bölmələrə aid edilməyən xidmətlər |
3 124 479 317 |
2.14.1. |
məqsədli büdcə fondları |
322 000 000 |
2.14.1.1. |
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu |
302 000 000 |
2.14.2. |
ehtiyat fondları |
1 376 871 444 |
2.14.2.1. |
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu |
296 713 458 |
2.14.2.2. |
Dövlət büdcəsinin ehtiyat fondu |
1 080 157 986 |
2.14.3. |
əsas bölmələrə aid edilməyən sair xərclər |
1 425 607 873 |
2.14.3.1. |
beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər |
71 409 730 |
2.14.3.2. |
fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər |
20 000 000 |
2.14.3.3. |
sosial-iqtisadi islahatlar və digər tədbirlər üzrə xərclər |
1 334 198 143 |
2.15. |
2019-cu ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği |
634 337 |
3. |
Büdcə kəsiri |
207 852 266 |
4. |
2020-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı |
2 342 195 300 |
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilir.