​"2015-ci il iyunun 12-nin qeyri-iş günü elan edilməsi haqqında" qanun layihəsi gündəlikdən çıxarılıb

​"2015-ci il iyunun 12-nin qeyri-iş günü elan edilməsi haqqında" qanun layihəsi gündəlikdən çıxarılıb Milli Məclis bu gün məsələni müzakirə etməliydi
Daxili siyasət
15 May , 2015 13:47
​2015-ci il iyunun 12-nin qeyri-iş günü elan edilməsi haqqında qanun layihəsi gündəlikdən çıxarılıb

Bakı. 15 may. REPORT.AZ/ "2015-ci il iyunun 12-nin qeyri-iş günü elan edilməsi haqqında" qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyindən çıxarılıb. "Report" xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, layihə Milli Məclisin mayın 15-də keçirilən iclasının gündəliyində yer alsa da sonradan çıxarılıb: "Qanunvericilik təşəbbüskarı tərəfindən məsələnin bu gün müzakirə olunması təxirə salınıb. Bu, bugünkü iclasın gündəliyndən çıxarılması ilə bağlı verilən qərardır. Növbəti iclasların gündəliynə salınıb-salınmayacağı haqda hələ məlumat yoxdur”.

Son xəbərlər

Orphus sistemi