20 Yanvar şəhidlərinin xatirəsi Qubada anılıb

20 Yanvar şəhidlərinin xatirəsi Qubada anılıb Yanvarın 20-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Quba rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
Daxili siyasət
272
20 Yanvar , 2021 19:36
20 Yanvar şəhidlərinin xatirəsi Qubada anılıb

Yanvarın 20-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Quba rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, din xadimləri və digər ziyarətçilər şəhər qəbiristanlığında 20 Yanvar şəhidi Rahib Məmməd oğlu Hüseynovun və Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları məzarların önünə gül-çiçək dəstələri düzərək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Quba rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Son xəbərlər

Orphus sistemi