Yuxarı
    Bağlamaq

    20 Yanvar faciəsinin ildönümü Rumıniyada qeyd olunub - FOTO

    Mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin və SOCAR-ın Rumıniyadakı SOCAR Petroleum SA şirkətinin əməkdaşları iştirak edib

    Buxarest. 20 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı Səfirliyində anım mərasimi keçirilib. ”Report”un Şərqi Avropa bürosunun məlumatına görə, mərasimdə Azərbaycanın Rumıniyadakı səfirliyinin və SOCAR-ın Rumıniyadakı "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

    Tədbirdə ilk olaraq faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar hadisəsindən bəhs edən film nümayiş olunub.

    Azərbaycanın Rumıniyadakı Aəfirliyinin müşaviri İrfan Davudov 1990-cı il 20 yanvar tarixində sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət hadisəsi barədə ətraflı söhbət açıb, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan dinc və silahsız vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırıb. İ. Davudov ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə getdiyini, baş verən qətliamı kəskin şəkildə pislədiyini vurğulayıb. O, qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verilib.

    Qeyd edək ki, Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşəbbüsü ilə bu ölkənin bir sıra mətbu orqanlarınının elektron saytlarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi