Şəhid və qazi ailələrinin üzvü olan 20 nəfərə Azərbaycan vətəndaşlığı verildi

Şəhid və qazi ailələrinin üzvü olan 20 nəfərə Azərbaycan vətəndaşlığı verildi Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib
Daxili siyasət
18 Mart , 2021 17:06
Şəhid və qazi ailələrinin üzvü olan 20 nəfərə Azərbaycan vətəndaşlığı verildi
0 : 00
0 : 00

"Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 20 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

"Əməkdaşlarımız Bakı, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə vətəndaşlarımıza müvafiq sənədləri yaşadıqları ünvanlarda təqdim edib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə isə möhkəm can sağlığı arzu edirik", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi