19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə şiddətli töhmət, 11-nə isə töhmət elan edilib
Daxili siyasət
21 Yanvar , 2021 15:40
19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib.

"Report" xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda 2020-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə şiddətli töhmət, 11-nə isə töhmət elan edilib.

Son xəbərlər

Orphus sistemi