Azərbaycanda 124 dairə seçki komissiyası yenidən formalaşdırılır

Azərbaycanda 124 dairə seçki komissiyası yenidən formalaşdırılır MSK-nın iclası keçirilib
Daxili siyasət
4 Avqust , 2016 17:10
Azərbaycanda 124 dairə seçki komissiyası yenidən formalaşdırılır

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda respublika üzrə dairə seçki komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb.

Beləliklə, MSK 124 DSK-nın tərkibi yenidən formalaşdırılması barədə qərar qəbul edib. İclasda qeyd olunub ki, 90 saylı Ağdaş seçki dairəsinin tərkibi isə Milli Məclisə keçirilən təkrar seçkilər zamanı yenidən təşkil olunub.

İclasda həmçinin MSK-nın 26 və 27 iyul 2016-cı il tarixli iclaslarının protokolları təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi