118 yaşlı seçici səs verib - FOTO - VİDEO

118 yaşlı seçici səs verib - FOTO - VİDEO Biləsuvar. 11 aprel. REPORT.AZ/ Biləsuvar rayonunun ən yaşlı seçicisi səs verib.
Daxili siyasət
11 Aprel , 2018 15:11
118 yaşlı seçici səs verib - FOTO - VİDEO
Report

Biləsuvar. 11 aprel. REPORT.AZ/ Biləsuvar rayonunun ən yaşlı seçicisi səs verib. 

"Report"un Aran bürosu xəbər verir ki, 66 saylı Biləsuvar seçki dairəsinin 23 saylı məntəqəsinin seçicisi, 118 yaşlı Qurbanov Səftər Həsən oğlu səsvermə hüququndan istifa edib. S.Qurbanovun səhhətində problem olduğundan, onun yaşadığı evinə səyyar qutu aparılıb. Onun dediyinə görə, bütün seçkilərdə aktiv şəkildə iştirak edir.

S.Qurbanovun 5 övladı, 25 nəvəsi, 37 nəticəsi var. Onların seçki yaşına çatanları seçkidə fəal iştirak ediblər.

63 saylı Biləsuvar seçki dairəsində qeydiyyatda olan seçicilərdən 6 nəfərin yaşı 100-dən yuxarıdır.

Qeyd edək ki, Səftər Qurbanov 1900-cü ildə Biləsuvar şəhərində anadan olub və hazırda Nərimankənd kəndində yaşayır. 

Son xəbərlər

Orphus sistemi