​112 yaşlı seçici səs verdi – FOTO

​112 yaşlı seçici səs verdi – FOTO O, səsvermə bülletenini qutuya atandan sonra uzun ömürlülüyünün sirrini açıb
Daxili siyasət
23 Dekabr , 2014 15:03
​112 yaşlı seçici səs verdi – FOTO

Bakı. 23 dekabr. REPORT.AZ/ Abşeron rayonunun ən qocaman seçicisi – Masazır kəndinin 112 yaşlı sakini Bahar Ruşanova bələdiyyə seçkilərində səs verib. “Report” "AzərTAc”a istinadən xəbər verir ki, Bahar Ruşanova səhər tezdən səsverməyə hazırlaşıb. 45-ci seçki dairəsinin 23 saylı səsvermə məntəqəsinin üzvləri və müşahidəçilər onun evinə gedib. Onlar Bahar nənənin səs verməsi üçün seçki qutusunu onun evinə gətiriblər. O, səsvermə bülletenini qutuya atandan sonra uzun ömürlülüyünün sirrini açıb: həyatda hər xırda məsələyə əhəmiyyət verməmək, kin-küdurət saxlamamaq lazımdır.

Beləliklə, ahıl yaşına baxmayaraq Bahar Ruşanova öz vətəndaşlıq borcunu yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi