Ziyafət Əsgərov: “Azərbaycandakı 1 milyondan çox qaçqın və məcburi köçkünün 300 min nəfəri uşaqlardır”

Ziyafət Əsgərov: “Azərbaycandakı 1 milyondan çox qaçqın və məcburi köçkünün 300 min nəfəri uşaqlardır” Milli Məclis sədrinin birinci müavini: “Metsamor Atom Elektrik Stansiyası region üçün ən böyük təhlükədir”
Qarabağ
1 İyun , 2017 10:09
Ziyafət Əsgərov: “Azərbaycandakı 1 milyondan çox qaçqın və məcburi köçkünün 300 min nəfəri uşaqlardır”
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov / Report

Bakı. 1 iyun. REPORT.AZ/ “Azərbaycan qonşu Ermənistanın işğalına məruz qalıb”.

"Report"un xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda keçirilən iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bunun nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib: “Onlardan 300 mini uşaqlardır”.

Parlament sədrinin birinci müavini qeyd edib ki, sosial məsələlərin bütövlükdə müzakirəsi, həlli Azərbaycanın daxili siyasətində prioritet məsələlərdən olub: “Azərbaycan konstitusiyasında sosial hüquqların təminatı ilə bağlı xeyli müddəalar var və Azərbaycan bu sahədə bir sıra konvensiyalara qoşulub. Bu konvensiyalar bu gün Azərbaycanda fəaliyyədədir. Dövlət öhdəsinə düşən tələbləri yerinə yetirir və yetirəcək. Bəzən avropalı həmkarlarımız bu məsələlərlə bağlı elə standarlar tələb edirlər ki, onu yerinə yetirmək çətin olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini 20 ildən bir qədər artıq bir dövrdə təmin edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir”.

O, vurğulayıb ki, bu gün dünya Suriya, İraq qaçqınlarından danışır: “25 il əvvəl Azərbaycanda 1 milyona yaxın insan qaçıqn və məcburi köçkün düşüb. Niyə o zaman bu barədə danışılmırdı? Burada ikili standarltar da var. Biz diplomat deyilik, amma siyasətlə məşğul oluruq. Həmçinin Metsamor Atom Elektrik Stansiyası da müzakirə olunmalıdır. O region üçün ən təhlükəli atom elektrik stansiyasıdır. Orada bir hadisə baş versə, görün Avropa üçün necə bir təhlükə yaradar. Ermənistan üstəlik seysmik regionda yerləşir”.

Son xəbərlər

Orphus sistemi