Yuxarı
    Bağlamaq

    Zəngilanın işğalının ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında anım mərasimi keçirilib

    Mərasimdə rayon ictimaiyyətinin nümaytəndələri iştirak edib

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Zəngilan Rayon İcra Hakimiyyətininin təşkilatçılığı ilə Zəngilan rayonunun Ermənistan ordusu tərəfindən işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

    "Report" xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Anım mərasimində şəhidlərin ruhuna dualar oxunub, onların məzarı önünə gül dəstələri qoyulub.

    Mərasimdə çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, hər il anım mərasiminə qatılan zəngilanlıların sayı artır. Bu o deməkdir ki, getdikcə insanlarda Vətənə, elə-obaya məhəbbət, doğma yurda qayıdış hissi daha da alovlanır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi