Yuxarı

Zanyer: "ATƏT Dağlıq Qarabağda vertolyotun qəzaya uğramasından narahatdır"

Bu cür insidentlər böhranın miqyasını artıra bilər

Bakı. 12 noyabr. REPORT.AZ/ "ATƏT Dağlıq Qarabağda vertolyotun qəzaya uğramasından narahatdır və hesab edir ki, bu cür insidentlər böhranın miqyasını artıra bilər". "Report"un "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in baş katibi Lamberto Zanyer bu gün Avropa Parlamentində keçirilmiş dinləmələr zamanı bildirib. 

"Biz Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrdən narahatıq və belə qəzalar onsuz da stabil olmayan vəziyyətdə daha irimiqyaslı böhrana gətirib çıxara bilər", - deyə L.Zanyer vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan vertolyotunun vurulması ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda qeyd olunub ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində helikopteri məhv edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi