Yuxarı
    Bağlamaq

    Zakir Qaralov: "Kimliyindən asılı olmayaraq Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı cinayət işi başlanacaq"

    Baş prokuror: Onları bütün ölkələrdə izləyəcəyik© Report/Elshan Baba

    Bakı. 30 sentyabr. REPORT.AZ/ "Təəssüflər olsun ki, bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfər edib". 

    "Report" xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, bununla bağlı Baş Prokurorluq məlumat alandan dərhal sonra həmin şəxslər barəsində cinayət işi başlanılıb və onlar barəsində beynəlxalq axtarış elan olunub: "Həmin şəxslərin səfəri Türkiyə dövlətinin mövqeyi deyil. Onlar ermənipərəst mövqeyi ilə tanınan şəxslərdi və PKK-nı dəstəkləyirlər, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edirlər. Kimliyindən asılı olmayaraq Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı cinayət işi başlanacaq və onları bütün ölkələrdə izləyəcəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi