​Zakir Həsənov Bolqarıstanın iqtisadiyyat nazirini qəbul edib

​Zakir Həsənov Bolqarıstanın iqtisadiyyat nazirini qəbul edib Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib
Qarabağ
10 Fevral , 2015 17:46
​Zakir Həsənov Bolqarıstanın iqtisadiyyat nazirini qəbul edib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Bolqarıstan Respublikasının iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etməsindən, o cümlədən hərbi sahədə də əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.

Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Sonra iki ölkə arasında ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristova iştirak edib.

Son xəbərlər

Orphus sistemi