Zakir Həsənov ATƏT-in nümayəndəsi ilə Azərbaycan hərbçisinin nəşinin qaytarılması məsələsini müzakirə edib

Zakir Həsənov ATƏT-in nümayəndəsi ilə Azərbaycan hərbçisinin nəşinin qaytarılması məsələsini müzakirə edib Görüşdə qoşunların qarşıdurma xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub
Qarabağ
24 Yanvar , 2017 10:40
Zakir Həsənov ATƏT-in nümayəndəsi ilə Azərbaycan hərbçisinin nəşinin qaytarılması məsələsini müzakirə edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qoşunların qarşıdurma xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub.

Müdafiə naziri keçən ilin dekabr ayının 29-da dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlərin görülməsinin zəruriliyini qonağın diqqətinə çatdırıb.

Səfir A.Kasprşik öz növbəsində qısa müddət ərzində bu istiqamətdə əlavə tədbirlərin görüləcəyinə və məsələnin tezliklə həll olunacağına əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi