Yunanıstan prezidenti: "Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk qrupunun himayəsi altında həll edilməlidir"

Yunanıstan prezidenti: "Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk qrupunun himayəsi altında həll edilməlidir" "Yunanıstan bütün məsələlərin beynəlxalq norma və qanunvericilik əsasında sülh yolu ilə həlli prinsipinə sadiqdir"
Qarabağ
16 Mart , 2016 09:48
Yunanıstan prezidenti: Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk qrupunun himayəsi altında həll edilməlidir

Bakı. 16 mart. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən uyğun formatdır".

"Report" xəbər verir ki, bunu Yunanıstan prezidenti Prokopis Pavlopulos martın 15-də Afinada səfərdə olan Ermənistan prezidenti Serj Sarqsyanla görüşündə deyib.

Prokopis Pavlopulos Yunanıstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb və bildirib ki, rəsmi Afina bütün məsələlərin beynəlxalq norma və qanunvericilik əsasında sülh yolu ilə həlli prinsipinə sadiqdir.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk qrupunun himayəsi altında həll edilməlidir.

Son xəbərlər

Orphus sistemi