Yuxarı

Yuşenko: "Ukraynanın şərqində baş verən hadisələr Qarabağdakı münaqişə ilə eynidir"

Ukraynanın sabiq prezidenti hesab edir ki, Qərb bu ölkəyə hərbi yardım göstərməlidir

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Ukraynanın şərqində baş verən hadisələr Rusiyanın Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Krımda apardığı müharibə ilə eynidir".

"Report" xəbər verir ki, bu barədə Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Avstriyanın "Profil" jurnalına müsahibəsində  bildirib. 

"Putin əslində siyasi layihəni həyata keçirir, onun məqsədi fövqəldövlət statusunu qaytarmaqdır və Krım bu baxımdan onu hər şeydən az maraqlandırır" - deyə, sabiq prezident qeyd edib. 

Bundan başqa, o Qərbi Ukraynaya yardım etməyə çağırıb: "Mən Rusiya tankları və raketlərdən müdafiə üçün vasitələri nəzərdə tuturam. Mən Aİ-nin Ukraynaya hərbi yardımın gösətirilməsini böyük problem kimi görməsini anlaya bilmirəm. Siyasi danışıqlar bir nəticə verməyəcək" - deyə, V.Yuşenko vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi