Yuxarı

Yohannes Xan: "Aİ Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasının tərəfdarıdır"

Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin yalnız sülh yolu ilə nizama salınmasına dair səylərini dəstəkləyir

Bakı. 4 may. REPORT.AZ/ "Avropa İttifaqı Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasının tərəfdarıdır". 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Praqada Ermənistan XİN başçısı Edvard Nalbandyanla görüşdə Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan deyib. 

Görüşdə müzakirə edilən əsas məsələ Dağlıq Qarabağ zonasındakı vəziyyət olub. 

"Qeyd edilib ki, münaqişənin hərbi yolla həlli mövcud deyil. Y.Xan bildirib ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin yalnız sülh yolu ilə nizama salınmasına dair səylərini dəstəkləyir", - deyə Ermənistan XİN-in məlumatında bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi