Yevgeni Mixaylov: “Dağlıq Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin şahidiyik"

Yevgeni Mixaylov: “Dağlıq Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin şahidiyik" "Regional münaqişələrin həllində hərbçilərin rolu nəzərə alınmalıdır"
Qarabağ
4 Noyabr , 2017 15:43
Yevgeni Mixaylov: “Dağlıq Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin şahidiyik

Tbilisi. 4 noyabr. REPORT. AZ/ “Regional münaqişələrin həllində hərbçilərin rolu nəzərə alınmalıdır. Hərbçilər münaqişələrin tez bir zamanda həllində və ya uzanmasında vacib rol oynayırlar”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Rusiyanın tanınmış eksperti Yevgeni Mixaylov söyləyib.

Ekspert deyib ki, bu gün dünyanın bir çox ölkəsində, eləcə də Cənubi Qafqaz ölkələrində regional münaqişələr var. Bu münaqişələrin həllində dövlət başçılarının qətiyyətli addımı ən vacib şərtdir: “Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyinin şahidi olduq. İlham Əliyev praqmatik siyasətçidir və çox düzgün xarici siyasət yürüdür. Təəssüf ki, digər münaqişə tərəfindən biz bu addımı görə bilmirik. Ona görə də münaqişənin həlli yubanır. Əgər Ermənistan rəhbərliyi də təsir altından çıxıb qarşılıqlı olaraq qətiyyətli addım atıb problemin həlli ilə bağlı qəti addım ata bilsəydi, problem həllini tapardı”.

Ekspertin sözlərinə görə, Azərbaycanın dövlət başçısının düşünülmüş və uzaqgörən siyasəti xalqının da nüfuzunun artmasına səbəb olub: "Bu gün Azərbaycan xalqı zorla münaqişəyə cəlb olunsa da, dünyada ən sülhsevər xalq imici qazanıb".

Rusiyalı ekspert onu da vurğulayıb ki, bəzən hərbçilər müəyyən səbəblər üzündən münaqişələrin həllində maraqlı olmurlar. Ona görə də onların rolu nəzərə alınmalıdır.

Son xəbərlər

Orphus sistemi