Yaxın müddətdə Azərbaycan, Ermənistan və Fransanın prezidentlərinin görüşü keçiriləcək

Yaxın müddətdə Azərbaycan, Ermənistan və Fransanın prezidentlərinin görüşü keçiriləcək Görüşdə Dağlıq-Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq
Qarabağ
5 Sentyabr , 2014 15:44
Yaxın müddətdə Azərbaycan, Ermənistan və Fransanın prezidentlərinin görüşü keçiriləcək
Bakı. 5 sentyabr. REPORT. AZ/ Azərbaycan, Ermənistan və Fransa prezidentləri İlham Əliyev, Serj Sarqsyan və Fransua Ollandın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi yaxın vaxtlara planlaşdırılıb. Report RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti Sarqsyan və Olland arasında sentyabrın 4-də Uelsdə keçirilən danışıqlardan sonra bəyan edib. 

"Görüş zamanı Sarqsyan və Olland qarşılıqlı maraq kəsb edən bir neçə məsələyə toxunublar, Qarabağ münaqişəsinin həlli problemini və fransız tərəfinin təşəbbüsü ilə nəzərdə tutulmuş Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin iştirakı ilə keçiriləcək görüşü müzakirə ediblər" — deyə, məlumatda qeyd olunub. Görüşün dəqiq tarixi göstərilməyib. 

Xatırladaq ki, avqust ayının 10-da Soçidə Azərbaycan, Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupu həmsədrləri ölkələrindən biri - Rusiya prezidentinin görüşü baş tutub. Sentyabr ayının 4-də Uelsdə keçirilən NATO sammiti çərçivəsində Azərbaycan, Ermənistan prezidentlərinin və ABŞ-ın dövlət katibi Con Kerrinin görüşü keçirilib. 

Son xəbərlər

Orphus sistemi