Yuxarı
    Bağlamaq

    YAP rəsmisi: "Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ermənistana növbəti ciddi xəbərdarlıqdır"

    Deputat: Hərbi cinayətlər törətmiş erməni cinayətkarları da əlləri qandallı məhkəməmiz qarşısında duracaqlar

    Bakı. 8 fevral. REPORT.AZ/ "Ermənistan tərəfindən işğal edilən ərazilərimizə qanunsuz səfər edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiya edilməsi Aərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir".

    "Report"un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

    Komitə sədrinin müavini vurğulayıb ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi 2016-cı ilin aprel hadisələri kimi tarixə yazılacaq bir məsələdir.

    A.Mirzəzadə bildirib ki, bu, eyni zamanda Ermənistana növbəti ciddi xəbərdarlıqdır: "Nə zamansa, Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da əlləri qandallı məhkəməmiz qarşısında duracaqlar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi