Yuxarı
    Bağlamaq

    Xüsusi nümayəndə: "Aİ Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasını dəstəkləyir"

    Herbert Zalber Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsinə görə, dərin narahatlığını ifadə edib

    Bakı. 7 iyul. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun vasitəçilərinin səyləri çərçivəsində yalnız sülh yolu ilə həll olunmalıdır".

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşdə deyib.

    Avropalı diplomat Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsinə görə, dərin narahatlığını ifadə edib.

    "Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli Aİ-nin prinsipial mövqeyidir. Aİ ATƏT-in Minsk qrupunun səylərini birbaşa dəstəkləyir", - H.Zalber bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi