Azərbaycan Prezidenti: "Ermənistandakı kriminal diktatura rejimi öz xalqını əzir və oradakı xunta xalqın hesabına varlanır"

Azərbaycan Prezidenti: "Ermənistandakı kriminal diktatura rejimi öz xalqını əzir və oradakı xunta xalqın hesabına varlanır" İlham Əliyev: "Ermənistan, sadəcə olaraq, danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır"
Qarabağ
13 İyul , 2015 17:26
Azərbaycan Prezidenti: Ermənistandakı kriminal diktatura rejimi öz xalqını əzir və oradakı xunta xalqın hesabına varlanır

Bakı. 13 iyul. REPORT.AZ/ "Ermənistandakı kriminal diktatura rejimi öz xalqını əzir və oradakı xunta xalqın hesabına varlanır".

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

Dövlət başçısı çıxışında hazırda dünyanın müxtəif yerlərində xoşagəlməz hadisələrin baş verdiyini, Yaxın Şərqdə toqquşmaların dayanmadığını, Avropanın dərin iqtisadi və mənəvi böhran içərisində olduğunu, bütün bunların Azərbaycanı düşünməyə vadar etdiyini deyib. 

Prezident İlham Əliyev Azərbaycanın Avropa qurumlarına inteqrasiyası, həmçinin əməkdaşlığın formatı ilə bağlı fikirlərini də bölüşüb: "Azərbaycan bütün ölkələrlə, beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk. Avropa İttifaqı ilə əməkdaşlıqda ölkəmizin ümumilli maraqları əsas götürülür".

Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur: "Ermənistan, sadəcə olaraq, danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır".

Son xəbərlər

Orphus sistemi