Xocalı soyqırımının ildönümü Stokholmda da anılıb

Xocalı soyqırımının ildönümü Stokholmda da anılıb İsveçin parlament binasının qarşısında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar mitinq keçirilib
Qarabağ
28 Fevral , 2015 23:18
Xocalı soyqırımının ildönümü Stokholmda da anılıb

Bakı. 28 Fevral. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmda, parlament binasının qarşısında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar mitinq keçirilib.

"Report" Azərtac-a istinadən xəbər verir ki, bu ölkədəki Azərbaycan diaspor təşkilatları tərəfindən təşkil olunan aksiyanın iştirakçıları əllərində Xocalı qətliamı ilə bağlı plakatlar tutaraq paytaxt Stokholmun mərkəzi küçələrində şəhər sakinlərinin diqqətini Ermənistan tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş vəhşiliklərə yönəldib, soyqırımını əks etdirən fotolar nümayiş etdirib, İsveç və ingilis dillərində nəşr olunan məlumatlar paylayıblar.

Mitinqdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı başladığı müharibədən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələrinin Xocalıda törətdikləri soyqırımından danışıblar. Məlumat verilib ki, bir gecədə 613 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirilib, 1275 mülki sakin isə əsir götürülüb.

Aksiyada o da vurğulanıb ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Mitinqin sonunda Xocalı soyqırımı ilə bağlı İsveç ictimaiyyətinə ünvanlanmış müraciət oxunub.

Son xəbərlər

Orphus sistemi