Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Gürcüstanda pulsuz tibbi müayinə aksiyası keçirilib

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Gürcüstanda pulsuz tibbi müayinə aksiyası keçirilib İnsanlara məsləhət verilib, pulsuz dərman paylanılıb, bəzi insanlara müvafiq göndərişlər verilib
Qarabağ
22 Fevral , 2018 11:53
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Gürcüstanda pulsuz tibbi müayinə aksiyası keçirilib
Report

Tbilisi. 22 fevral. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyinin Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində Gürcüstanın Qori rayonunda əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub. 

"Report"un Gürcüstan bürosunun məlumatına görə, "Logman" Tibb Mərkəzinin həkimləri Qorinin Tinisxidi kəndindəki tibb məntəqəsində bu, eləcə də, Tedasminda kəndinin sakinlərini müayinə ediliblər.

İnsanlara məsləhət verilib, pulsuz dərman paylanılıb, bəzi insanlara müvafiq göndərişlər verilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, bu ölkənin Şidi Kartli bölgəsinin qubernatoru Kaxa Samxaradze və digər təsmi şəxslər iştirak ediblər.

K.Samxaradze bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib.  O bildirib ki, bu yolla həm insanlara yardım edilir, həm də iki xalqın üzləşdikləri problemləri, qanlı faciələri ilə baglı həqiqətlər yayılmış olur.

Səfir Dursun Həsənov deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası cərçivəsində bu il Gurcüstanda silsilə tədbirlər keçiriləcək. Məqsəd Gurcüstanda yaşyan soydaşlarımızla yanaşı gürcü, osetin və digər xalqların nümayəndələrinə qayğı göstərmək və Xocalı faciəsi ilə bağli həqiqətləri yaymaqdır.

Qeyd edək ki, tədbir çərçivəsində insanlara Xocalı faciəsindən bəhs edən materiallar da paylanılıb.

Son xəbərlər

Orphus sistemi