Yuxarı
    Bağlamaq

    Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib

    Tədbir zamanı “Soyqırım muzeyi” kitabı təqdim edilib

    Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın Hərbi Prokurorluğu və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirib. 

    “Report”un xəbərinə görə, konfransda Hərbi Prokurorluğun rəhbərliyi, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
    Tədbirdə Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində eksponatlarına baxış keçirilib, Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Sonra soyqırımı qurbanlarının barələrində məlumatların əks olunduğu slayd nümayiş olunub.
    Konfransda Azərbaycan baş prokurorunun müavini - hərbi prokuror Xanlar Vəliyev, Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədr Mehdi Mehdiyev çıxış edib.
    Tədbir zamanı “Soyqırım muzeyi” kitabı təqdim edilib.
    Sonda Hərbi Prokurorluğun hazırladığı “Əsrin faciəsi” rəqəmsal video disklər nümayiş olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi