Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakıda Prezident İlham Əliyevin iştirakı ilə yürüş keçirilib - YENİLƏNİB

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakıda Prezident İlham Əliyevin iştirakı ilə yürüş keçirilib - YENİLƏNİB Prezident İlham Əliyev abidənin önünə əklil qoyub
Qarabağ
26 Fevral , 2017 10:14
Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakıda Prezident İlham Əliyevin iştirakı ilə yürüş keçirilib - YENİLƏNİB

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan paytaxtında Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə yürüş keçirilib. 

"Report" xəbər verir ki, yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq "Ana harayı" abidəsinə doğru hərəkət edib. Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar qatılıblar. Yürüşdə 40 mindən çox insan iştirak edib.

Ümumxalq yürüşünün iştirakçıları və onların keçdiyi prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutublar. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.

Yürüş "Ana harayı" abidəsinin önündə başa çatıb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva abidənin önünə tər güllər qoyublar.

Son xəbərlər

Orphus sistemi