Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün imzatoplama kampaniyası başlayıb

Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün imzatoplama kampaniyası başlayıb Ermənilər Xocalı soyqırımını gündəlikdən çıxarmaq üçün 1915-ci il hadisələrini Türkiyəyə qarşı beynəlxalq kampaniyaya çevirməyə çalışır
Qarabağ
13 Fevral , 2015 17:51
Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün imzatoplama kampaniyası başlayıb

Bakı. 13 fevra. REPORT.AZ/ "Xocalıya ədalət" Təşkilatı "Change.org" saytı vasitəsilə imzatoplama kampaniyasına başlayıb

"Report" "turkishny.com" saytına istinadən xəbər verir ki, kampaniyanın keçirilməsində məqsəd dünya mediasına Xocalıda baş verən faciəni azərbaycanlılara qarşı soyqırım olaraq tanıtmaqdır. Bundan başqa, imzatoplama tədbiri ilə soyqırımı törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılması üçün dünya mətbuatından dəstək istənilir.

Kampaniyaya dəstək vermək üçün aşağıdakı ünvana daxil ola bilərsiniz:

http://goo.gl/xbenPO.

Xəbərdə bildirilib ki, Ermənistan və ermənilər işğal etdikləri 20% Azərbaycan torpağını, bir milyondan çox qaçqının düşdüyü vəziyyəti, Xocalı soyqırımını gündəlikdən çıxarmaq üçün 1915-ci il hadisələrini Türkiyəyə qarşı beynəlxalq kampaniyaya çevirməyə çalışır.

Xatırladaq ki, bir çox dövlətin parlamenti, habelə ABŞ-ın Massaçusets, Missisipi, Florida, Texas, Corciya, Nyu-Cersi, Men, Nyu-Mexiko, Arkanzas, Oklahoma, Tenesi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut və İndiana ştatlarının qanunverici orqanları Xocalı faciəsini insanlığa qarşı cinayət və soyqırımı olaraq tanıyıblar.

Son xəbərlər

Orphus sistemi