Yuxarı

Xocalı soyqırımına həsr olunan möhtəşəm klip təqdim olunub - VİDEO

“Broken dreams” mahnısını Eurovision 2011 mahnı müsabiqəsinin qalibi Nigar Camal ifa edib

Bakı. 26 fevral. REPORT.AZ/ INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar ən yeni texnologiya ilə hazırladığı klip geniş tamaşaçı kütləsinə təqdim olunub. “Report” xəbər verir ki, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal Xocalı soyqırımını canlandıran slaydın önündə “Broken dreams” (“Məhv edilmiş arzular”) adlı mahnısını səsləndirib. 3D Mapping ve Project Mapping texnologiyasından istifadə olunaraq hazırlanan təqdimat bugünədək həyata keçirilmiş ən irihəcmli proyeksiyalı təqdimatlardan biridir.

Qeyd edək ki, fevralın 21-də Ankarada INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Empathy 2015” tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, INDEX İnsan Kapitalının İnkişafı Mərkəzinin sədri Rəşad Abdullayev, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar və Xocalı sakini Rəşad Zeynallı çıxış ediblər.

“Empathy 2015” layihəsinin əsas məqsədi Ermənistanın qondarma soyqırımı iddiaları qarşılığında Azərbaycan və Türkiyənin birgə yaşadığı ağrıları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi