Yuxarı
    Bağlamaq

    Xocalı soyqırımı haqqında kitab 7 dildə çap edilib

    Kitaba Xocalı rayonunun tarixi və işğaldan əvvəlki dövrü, ermənilər tərəfindən Xocalıda törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat daxil edilib

    Bakı. 21 fevral. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Xocalı Soyqırımı” adlı kitab orijinal dizayn və nəfis tərtibatla Azərbaycan, ingilis, rus, fransız, alman, ispan və ərəb dillərində çap edilib.

    Dövlət Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, kitabdakı bölmələrdə Azərbaycan ərazilərinin işğal tarixi, Ermənistanın təcavüzünün nəticələri barədə məlumat, xəritə, işğal nəticəsində dağıdılmış obyektlər və dəymiş ziyan haqqında müfəssəl məlumatlar verilib.

    Kitabın əsas bölümündə Xocalı rayonunun tarixi və işğaldan əvvəlki dövrü, ermənilər tərəfindən Xocalıda törədilmiş vəhşiliklər, soyqırım zamanı həlak olanlar, itkin düşənlər, əsir və girov götürülənlər haqqında ətraflı məlumat daxil edilib.

    Bundan başqa, kitabda həmin günlərdə Xocalı soyqırımına dair dünya mətbuatında dərc olunan yazılar və xarici jurnalistlərin faciə haqqında fikirləri də yer alıb.

    Kitabda həmçinin, Heydər Əliyev Fondunun və “Xocalıya ədalət” kampaniyasının Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması ilə bağlı fəaliyyəti, bununla bağlı dünyanın bir sıra ölkələrində soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidələr haqqında da məlumat verilib.

    2000 nüsxə tirajla buraxılan kitab Prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə ölkədə və xaricdə müntəzəm olaraq təşkil edilən beynəlxalq tədbirlərdə, həmçinin ölkədə səfərdə olan xarici ölkələrdən olan nümayəndə heyətləri ilə keçirilən görüşlər zamanı paylanılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi