Xocalı faciəsindən bəhs edən “Böyüməyən uşaqlar“ Nyu-Yorkda nümayiş olunacaq

Xocalı faciəsindən bəhs edən “Böyüməyən uşaqlar“ Nyu-Yorkda nümayiş olunacaq Kitabın təbliği ilə bağlı foto və videolor çap ediləcək
Qarabağ
25 Aprel , 2015 13:59
Xocalı faciəsindən bəhs edən “Böyüməyən uşaqlar“ Nyu-Yorkda nümayiş olunacaq

Bakı. 25 aprel. REPORT.AZ/ Parlament Jurnalistlər Birliyinin sədri, "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlının Xocalıda hər iki valideyinlərini itirən uşaqlardan bəhs edən “Böyüməyən uşaqlar“ kitabı Nyu-York kitab sərgisində nümayiş olunacaq.

Bu barədə "Report"a Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib. 

Məlumatda qeyd olunub ki, dörd dildə işıq üzü görən kitabın ingilis və alman dillərindəki versiyaları dünyanın ən böyük kitab sərgisi olan Nyu-York kitab sərgisində Xocalı faciəsini təbliğ edəcək: "Elşad Eyvazlının “Böyüməyən uşaqlar “ kitabı may ayının son həftəsində Nyu-Yorkda keçiriləcək kitab sərgisində Azərbaycanı təmsil edəcək. Kitabın təbliği ilə bağlı foto və videolor çap olunduğu nəşriyyat tərəfindən hazırlanıb Almaniyadakı Azərbaycan Mərkəzinə təhvil veriləcək". 

Son xəbərlər

Orphus sistemi