Xocalı faciəsi ilə bağlı Koreya dilində video-rolik hazırlanaraq saytlarda yerləşdirilib

Xocalı faciəsi ilə bağlı Koreya dilində video-rolik hazırlanaraq saytlarda yerləşdirilib Video-rolikdə, həmçinin faciə şahidləri dindirilib və onların dilindən Xocalı hadisələrinə dair dəhşətli faktlar öz əksini tapıb
Qarabağ
16 Fevral , 2015 09:16
Xocalı faciəsi ilə bağlı Koreya dilində video-rolik hazırlanaraq saytlarda yerləşdirilib

Bakı. 16 fevral. REPORT.AZ/ İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təsisçisi olduğu və rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı həqiqətlərinin Koreya ictimaiyyətinə daha yaxından çatdırılması məqsədilə Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə koreyalı tələbə Kim Juhvan tərəfindən Xocalı faciəsi ilə bağlı Koreya dilində video-rolik hazırlanıb və video rolik Koreyanın ən böyük axtarış saytı olan “Naver”, eləcə də “Google” və “Youtube” saytlarında yerləşdirilib. “Report”un məlumatına görə, video-rolikdə Xocalı hadisələrinin 20-ci əsrin ən böyük faciəsi kimi tarixlərə yazıldığı, faciə zamanı yüzlərlə sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildikləri, dözülməz işgəncələrə məruz qaldıqları və öz doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edildikləri bildirilib, faciənin baş vermə səbəbi kimi Ermənistanın tarixən Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, torpaqlarımızı işğal etmək və soydaşlarımıza qarşı soyqırım törətmək siyasəti yürütməsi göstərilib. Video-rolikdə, həmçinin faciə şahidləri dindirilib və onların dilindən Xocalı hadisələrinə dair dəhşətli faktlar öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi