Yuxarı

“Xocalı dərdim mənim” adlı tədbir keçirilib

Hər bir rayonun işğalını özündə təcəssüm etdirən səhnəciklər təqdim edilib

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Bakıdakı 62 saylı məktəb-liseydə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Xocalı dərdim mənim” adlı tədbir keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə Xocalı şəhərinin işğal edilməsi və soyqırım prosesi ümumilikdə təsvir edilib. Daha sonra məktəbin şagirdləri tərəfindən Milli Qəhrəman, jurnalist Çingiz Mustafayevi və hər bir rayonun işğalını özündə təcəssüm etdirən səhnəciklər təqdim edilib.

Tədbirin sonunda 214 saylı məktəbin direktoru Zümrüd Səmədova və 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı çıxış edib. Çıxışlarda bu kimi tədbirlərin hər il keçirilməsinin vacibliyi qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi