Yuxarı

XIN: Ermənistan məqsədyönlü şəkildə Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında təmaslara imkan vermir

Azərbaycan ilk gündən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icması arasında təmasları və dialoqu dəstəkləyir

Bakı. 15 may. REPORT.AZ/ "Azərbaycan ilk gündən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icması arasında təmasları və dialoqu dəstəkləyir". Bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin “Report”a açıqlamasını şərh edərək bildirib. 

H.Hacıyev əlavə edib ki, Ermənistan məqsədyönlü şəkildə Azərbaycan Respublikasının azərbaycanlı və erməni icması arasında təmaslara imkan vermir və bununla əlaqədar olan təşəbbüsləri rədd edir. "Bu bir daha onu sübut edir ki, Ermənistanın “etimad quruculuğu” barəsində çağırışları cəfəngiyatdan başqa bir şey deyildir və əsl məqsəd Azərbaycana qarşı törətdiyi işğal və təcavüzü ört-basdır etməkdir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi