​XİN: Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edəcək

​XİN: Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edəcək "Rusiya prosesə fəal şəkildə cəlb olunub"
Qarabağ
18 Sentyabr , 2015 02:47
​XİN: Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edəcək

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə fəal şəkildə cəlb olunub. Moskva bu prosesin məsul fəal iştirakçısıdır. Biz bu problemin mümkün qədər tez bir zamanda həlli üçün əlimizdən gələni edəcəyik".

"Report" Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu sözləri nazirliyin rəsmi nümayəndəsi Mariya Zaharova Moskvada keçirdiyi həftəlik brifinqdə bildirib.

O, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə haqqında suala cavab verərək bildirib ki, konkret dövlətə qarşı hər hansı konkret iddialar siyasiləşdirilmiş üsullarla yox, qarşılıqlı hörmət və dialoq əsasında həll edilməlidir.

Onun sözlərinə görə, Rusiya Azərbaycan ilə münasibətlərini dinamik inkişaf edən münasibətlər kimi dəyərləndirir.

"Azərbaycan təkcə siyasi sahədə deyil, həm də iqtisadi və digər sahələrdə bizim tərəfdaşımızdır. Yüksək səviyyədə, xarici işlər nazirləri səviyyəsində əlaqələrdən tutmuş humanitar əlaqələrədək bütün səviyyələrdə dialoqumuz çox fəal inkişaf edir. Ümid edirik ki, münasibətlərimizin intensivlik dərəcəsi inkişaf və davam edəcək", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi