Yuxarı

XİN rəhbəri: "Litva Cənubi Qafqaz regionunda təhlükəsizliyə görə ciddi narahatdır"

Bəyanat kifayət etmir, onları hərəkətlərlə əsaslandırmaq lazımdır

Bakı. 16 dekabr. REPORT.AZ/ Litvanın xarici işlər naziri Linas Linkyaviçus Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanaması məsələsindən danışıb.

"Report"un xəbərinə görə, L.Linkyaviçus bununla bağlı Ermənistanın "Mediamaks" agentliyinə müsahibəsində bildirib. O deyib ki, Litva regiondakı təhlükəsizliyə görə ciddi narahatdır.

"Biz bütün tərəflərin məsuliyyətli davranacağını gözləyirik. Bəyanat kifayət etmir, onları hərəkətlərlə əsaslandırmaq lazımdır", - Litva XİN rəhbəri qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi